“Borussiya”da istefa

7.06.2023 18:55 216
Dünya futbolu
Daniel Farke “Borussiya”nın baş məşqçi vəzifəsindən azad olunub.

“Football-plus.az” xəbər verir ki, bu haqda Münhenqladbax klubunun saytı məlumat yayıb. Bundesiqa təmsilçisi mütəxəssislə qarşılıqlı razılaşma əsasında yolları ayırıb.

Qeyd edək ki, Farke “Borussiya”nı 2022-ci il iyunun 4-dən çalışdırırdı. Komanda onun rəhbərliyi altında bundesliqanın son mövsümünü 10-cu yerdə başa vurub.