Millimiz yenə məğlub oldu - Avropa Qızıl Liqası

1.06.2025 19:55 15
İdman
Bakıda qadın voleybolçular arasında Avropa Qızıl Liqasının növbəti oyunu keçirilib.

"Football-plus.az" xəbər verir ki, millimiz turnirdə ikinci matçında da məğlub olub.

Faiq Qarayevin yetirmələri bu dəfə Sloveniyaya 0:3 hesabı ilə uduzublar.

Komandamız ilk turda isə Macarıstana 0:3 hesabı ilə məğlub olub. Sloveniyalılar da macarlara həmin hesabla qalib gəliblər.

Avropa Qızıl Liqası
1 iyun
Azərbaycan - Sloveniya 0:3 (16-25, 19-25, 23-25)


Qeyd edək ki, millimiz qarşıda dörd səfər oyunu gözləyir. Yığmamız iyunun 6-da Slovakiya, 7-də Monteneqro, 13-də Xorvatiya və 14-də Rumıniya ilə görüşəcək.