Millimiz məğlub oldu

4.01.2024 16:28 200
İdman
20 yaşadək qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti oyununu keçirib.

"Football-plus.az” xəbər verir ki, komandamız meydan sahibləri ilə qarşılaşıb. Millimiz məğlub olub - 0:3 (11:25, 9:25, 20:25).

Yığmamız ilk matçında Estoniyaya eyni hesabla uduzub. U-20 növbəti günlərdə Ukrayna, Litva və Polşa ilə də görüşəcək.