“Sabah”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki mümkün rəqibləri müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, Masazır təmsilçisi püşkatma zamanı səpələnməmiş komandalar arasında yer alacaq.
Onların mümkün rəqibləri bu klublar ola bilər: “Şaxtyor” (Ukrayna), “Legiya” (Polşa), “Partizan” (Serbiya), “Şerif” (Moldova), ÇFR (Rumıniya), “Hapoel” (İsrail), “Tsele” (Sloveniya), “Spartak” (Slovakiya).
Qeyd edək ki, püşkatma 17 iyun tarixində keçiriləcək, oyunlar isə 10 və 17 iyul tarixlərində baş tutacaq.
"Sabah"ın Avropa Liqasındakı mümkün rəqibləri
Ölkə futbolu





