Konfrans Liqası: "Sabah" və "Neftçi"nin pley-off mərhələsində potensial rəqibləri

7.08.2023 16:29 288
Konfrans Liqası
Klublarımızın Konfrans Liqasının pley-off mərhələsində potensial rəqibləri bəlli olub.

"Football-plus.az" xəbər verir ki, qitə futbol qurumunun təşkil etdiyi püşkatma zamanı “Neftçi” və “Sabah”ın mümkün rəqibləri müəyyənləşib.

“Ağ-qaralar” 3-cü raundda Türkiyənin “Beşiktaş” komandasını keçsə, “Dinamo” (Kiyev, Ukrayna) - “Aris” (Yunanıstan) cütünün qalibi ilə qarşılaşacaq. “Neftçi” – “Beşiktaş” cütünün güclüsü ilk görüşünü səfərdə keçirəcək.

“Sabah” isə 3-cü raundda Serbiya klubu “Partizan”ı üstələməyi bacarsa, “Styaua” (Rumıniya) – “Nordsyelland” (Danimarka) duelinin qalibi ilə üz-üzə gələcək. “Sabah” – “Partizan” cütündən üstün ayrılacaq komanda pley-offda ilk görüşünü səfərdə keçirəcək.

Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 24-də, cavab qarşılaşmaları isə bir həftə sonra baş tutacaq.