“Sabah”ın start heyətində dəyişiklik edilib.
"Football-plus.az" xəbər verir ki, Masazır təmsilçisinin futbolçusu Sofian Çakla isinmə hərəkətləri zamanı əzələsini dartıb. Buna görə də o, Tellur Mütəllimovla əvəzlənib.
Qeyd edək ki, "Sabah" ölkə kubokunun finalında "Qarabağ"la görüşür. Matç 19.00-da başlayıb.