Yığmamızın heyətində dəyişiklik

6.10.2024 23:21 383
Yığma
Yığmamızın heyətində dəyişiklik baş verib.

“Football-plus.az” xəbər verir ki, millimizin futbolçusu Elvin Camalov klubu “Sabah”ın heyətində zədələndiyi üçün heyətdən çıxarılıb. Onun əvəzinə “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Vadim Abdullayev milliyə dəvət alıb.

Qeyd edək ki, komandamız UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 11-də Tallində Estoniya yığması, oktyabrın 14-də isə Bakıda Slovakiya seçməsi ilə qarşılaşacaq.