U-17 millimizin heyətində dəyişiklik

16.03.2025 22:51 9
Ölkə futbolu
17 yaşadək futbolçulardan ibarət millimizin heyətində dəyişiklik edilib.

"Football-plus.az" AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, “Sabah”ın yarımmüdafiəçisi İbrahim Xəlilov zədələndiyi üçün onun yerinə “Qarabağ”ın üzvü Kənan İsmayılov dəvət olunub.

Qeyd edək ki, U-17 sabahdan martın 19-dək Bakıda, 20-dən 27-dək Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışı keçəcək. Komanda martın 23-də və 26-da Belarusun müvafiq yaş qrupundan ibarət kollektivi ilə iki yoxlama görüşü keçirəcək.