26 yaşlı müdafiəçinin karyerasını ölkə xaricində davam etdirmək ehtimalıyla bağlı da zaman-zaman xəbərlər gəzir. Bu üzdən özünə müraciət etdik, həm karyerasının davamı, həm də avtoqolla bağlı fikrini öyrəndik:
“Gələcəkdə nə olacağını zaman göstərəcək. Hazırda başım şəxsi işlərimə qarışıb. “Kəpəz” haqda danışmaq istəmirəm. Kim baş məşqçi vəzifəsinə gəlirsə, Allah xeyir versin. Avtoqol epizoduna gəlincə, bu mənim üçün ilk belə hal idi. Qol vurmaq fikrim yox idi, sadəcə, belə alındı. Qismətdi, nə deyə bilərəm…”
ƏSƏD SEYİDOV





