“Şahdağ Qusar”la oyuna gəlib çatdığımız zaman danışmaq olar” - penta-trik etdi, belə dedi

14.04.2025 13:24 42
Ölkə futbolu / Aktual
Futbol üzrə ölkə çempionatının 2-ci liqasında evdə “Sheki City”ni darmadağın edən (6:0) “Şəfa” bununla da 1-ci liqaya vəsiqə qazandı. Amil Yunanov komandasının qələbəsinə 5 qolla töhfə verdi. Sona 6 tur qalmış “Şahdağ Qusar” 58 xalla 1-ci, “Şəfa” 55 xalla 2-ci yeri tutur.

İndiyə qədər penta-trik etdiyin oyun olmuşdumu? “Şahdağ Qusar”ı sonda arxada qoya biləcəksizmi? Bu sualları Amilə ünvanladıq:
“İndiyə qədər karyeramda penta-trik olmamışdı. “Şahdağ Qusar”dan öncə vacib oyunlarımız var. Həmin matçlara hazırlaşırıq. “Şahdağ Qusar”la oyuna gəlib çatdığımız zaman danışmaq olar. Əsas hədəfimiz çempionluqdu. Ona doğru getməyə çalışırıq”.

ƏSƏD SEYİDOV