Avtoqolla bağlı antirekord təkrarlandı

15.05.2023 11:13 271
Premyer-liqa
Misli premyer-liqasının 2022/23 mövsümündə 17-ci avtoqol qeydə alınıb.

"Football-plus.az" xəbər verir ki, 34-cü turun “Neftçi” – “Şamaxı” oyununda (1:1) qonaqların qapıçısı Rəşad Əzizli öz qapısına qol vurub. Bu matçadək cari mövsümdə 16 avtoqol olmuşdu.

Bununla da Azərbaycan çempionatları tarixinin antirekordu təkrarlanıb. 1992-ci ildən keçirilən yarışda ən çox avtoqol 2014/15 mövsümündə yaşanmışdı. Həmin vaxt 17 avtoqol qeydə alınıb. Bu antirekord 8 ildən sonra təkrarlanıb.