Qadınlardan ibarət millimiz Litvaya qarşı

30.05.2025 11:55 16
Ölkə futbolu
Qadın futbolçulardan ibarət millimiz bu gün Millətlər Liqasında sonuncu oyununu keçirəcək.

"Football-plus.az" xəbər verir ki, C Liqasının 4-cü qrupunda yer alan millimiz Litva yığmasını qəbul edəcək. Bayıl stadionunda təşkil olunacaq qarşılaşmanı İsraildən olan hakimlər briqadası idarə edəcək. Matç saat 18.00-da başlayacaq.

Qrupun qalibi B divizionuna yüksələcək.

Qeyd edək ki, yığmamız daha əvvəl qrupda Monteneqro ilə 2 dəfə heç heçə edib (0:0, 1:1), 1 dəfə isə Litvaya qalib gəlib (2:0).

30 may
Azərbaycan – Litva
Hakimlər: SAPİR GAYA BERMAN, May Moalem, Nofar Chava Skorka, Shada Dahamshi (hamısı İsrail).
Bakı, Bayıl stadionu. Saat 18.00.
Xal durumu: Monteneqro - 5 (3 oyun), Azərbaycan - 5 (3 oyun), Litva - 0 (2 oyun).