Millimiz Monteneqroya qarşı

21.02.2025 11:13 289
Ölkə futbolu
Qadın futbolçulardan ibarət millimiz bu gün Millətlər Liqasında ilk oyununu keçirəcək.

"Football-plus.az" xəbər verir ki, C Liqasının 4-cü qrupunda yer alan millimiz Monteneqro yığmasını qəbul edəcək. “Liv Bona Dea Arena”da təşkil olunacaq qarşılaşmanı Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək. Matç saat 15.00-da başlayacaq.

Azərbaycan (Qadınlar) – Monteneqro (Qadınlar)
Hakimlər: TATYANA SOROKOPUDOVA, Nargis Magau, Dinara Idrisova, Elvira Nurmustafina (hamısı Qazaxıstan)
21 fevral, Bakı, "Liv Bona Dea Arena". Saat 15.00.