İngiltərəni məğlub edən millimiz yarımfinala yüksəldi

29.05.2025 22:12 19
İdman
Minifutbol üzrə millimiz növbəti oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, yığmamız Bakıda keçirilən dünya çempionatının 1/4 final matçına çıxıb.

Elşad Quliyevin yetirmələri İngiltərə ilə görüşüb. Komandamız çətin qələbə qazanıb. Millimiz hesabı açsa da, fasilədən sonra ingilislər bərabərlik qolunu vurublar. Amma sona yaxın rəqibin müdafiədə anlaşılmazlığı yığmamıza 2:1 qələbə qazandırıb.

Qeyd edək ki, millimiz yarımfinalda Macarıstanla qarşılaşacaq. Görüş sabah baş tutacaq.

Minifutbol üzrə dünya çempionatı
1/4 final
29 may
İngiltərə - Azərbaycan - 1:2
Bham Mussa, 35 - Təmkin Xəlilzadə, 14. Fitsgerald Sem, 48-öz qapısına