“Real”ın ikinci komandası olan “Kastilya”nın baş məşqçisi Raul Qonsales komandadan ayrılacaq.
“Diario Sport”un yaydığı xəbərə görə, onu “Real”ın digər sabiq futbolçusu Alvaro Arbeloa əvəzləyəcək. Hazırda klubun U-19 komandasının baş məşqçisi olan Arbeloanın yeni mövsümdən “Kastilya”nı çalışdıracağı bildirilib.
42 yaşlı Arbeloa “Real”da 2001–06 və 2009–16-cı illərdə çıxış edib. 2017-ci ildə futbolçu karyerasını başa vuran sabiq müdafiəçi daha sonra məşqçilik fəaliyyətinə başlayıb. Raul isə 2019-cu ildən “Kastilya”nın baş məşqçisidi.