Raul: “Real” “Çelsi”ni Çempionlar Liqasından kənarlaşdıracaq”

4.04.2022 17:50 505
Dünya futbolu
Raul Qonsales “Real”ın Çempionlar Liqasında yarımfinala çıxacağına əmindi.

Madridlilərin sabiq hücumçusu, klubun ikinci komandası olan “Kastilya”nın baş məşqçisi 1/4 finalda “Çelsi”yə şans vermir:

“Əminəm ki, “Real” “Çelsi”ni Çempionlar Liqasından kənarlaşdıracaq. Biz İspaniya çempionatında birinciyik, avrokubokda 1/4 finala çıxmışıq. Komanda hazırdı. Mövsümün ən həyəcanlı hissəsi başlayır. Hər şey bu müddət ərzində bəlli olacaq, zövq almaq vaxtıdı”.