Raul Qonsalesin sabiq klubunu çalışdırmaq şansı olub.
"Football-plus.az" xəbər verir ki, “Şalke-04” sabiq futbolçusuna baş məşqçi vəzifəsini təklif edib. Amma 46 yaşlı mütəxəssis Almaniya klubunun təklifini qəbul etməyib. Raul hazırda “Real”ın gənclərdən ibarət komandasını çalışır. O, 2019-cu ildən rəhbərlik etdiyi bu komandadakı fəaliyyətini davam etdirmək istəyir.
Xatırladaq ki, “Şalke-04” ötən ayın sonunda uğursuz nəticələrə görə baş məşqçi Tomas Raysı istefaya göndərib. Raulun bu komandada 2010-12-ci illərdə top qovduğunu da yada salaq.