"Real"ın sabiq futbolçusu Raul Qonsales "Vilyarreal"ın baş məşqçisi olmağa yaxındı.
"Football-plus.az" xəbər verir ki, bu barədə journalist-insayder Fabritsio Romano “X” sosial şəbəkəsindəki hesabında yazıb. Onun sözlərinə görə, hazırda Madrid təmsilçisində əvəzedici komandanın "sükanı arxasında" olan 46 yaşlı mütəxəssis klubla danışıqları başa çatdırmaq ərəfəsindədi. Hətta "Kral klubu"nun onu buraxmağa hazır olduğu da bildirilib. Raul 2019-cu ildən əvəzedici komandada baş məşqçi işləyir.
Xatırladaq ki, “Vilyarreal" sentyabrın 5-də Kike Setyeni istefaya göndərib.