Alonsonun yerini kim tutacaq?

23.09.2024 18:25 139
Dünya futbolu
“Bayer-04” rəhbərliyi klubdan ayrılması ehtimalı olan baş məşqçi Xabi Alonsonun əvəzləyicisini tapıb.

"Football-plus.az" xəbər verir ki, ispaniyalı mütəxəssis mövsümün sonunda komandadan ayrılacağı halda Leverkuzen klubu baş məşqçi vəzifəsinə “Kastilya”nı çalışdıran Raul Qonsalesi gətirəcək. Bir müddət əvvəl bəzi mənbələr Alonsonun 2025-ci ilin yayında “Real”a yollanacağını xəbər vermişdi. “Bayer-04”ün ötən mövsüm onun başçılığı altında Almaniya çempionluğunu və ölkə kubokunu qazandığını xatırladaq.

Raul futbolçu karyerasını 2015-ci ildə başa vurub. O, 2019-cu ilin iyulundan “Real”ın ikinci komandası olan “Kastilya”ya rəhbərlik edir.