Leverkuzendən Madridə üz tutdu

22.05.2025 17:36 15
Dünya futbolu
Pyero İnkapye “Bayer-04”ü tərk edəcək.

"Football-plus.az" xəbər verir ki, ekvadorlu futbolçu “Real”a keçəcək. “El Chiringuito” nəşrinin məlumatına görə, mərkəz müdafiəçisi artıq müqavilə bağlamaq üçün Madridə gedib.

Bu transferin İspaniya klubuna təxminən 60 milyon avroya başa gələcəyi qeyd olunub. “Real”ın növbəti baş məşqçisi Xabi Alonsonun futbolçunu yeni komandasında görmək istədiyi bildirilib.

2021-ci ildən Leverkuzen klubunda çıxış edən Pyero bu mövsüm “Bayer-04”də 45 oyuna 3 qol  vurub və 2 məhsuldar ötürmə edib.