Florian Virts gələ ilin yayında klubunu dəyişəcək.
"Football-plus.az" xəbər verir ki, “Real” yarımmüdafiəçinin transferi ilə bağlı “Bayer-04”lə razılığa gəlib. “Marca” qəzetinin yaydığı xəbərə görə, 21 yaşlı oyunçu Madrid klubu ilə 2025-ci ildə müqavilə imzalayacaq. Klubların bir neçə ay əvvəl danışıqlara başladığı məlum olub. Potensial transfer məbləği 150 milyon avrodu.
Almaniyalı futbolçunun “Bayer-04” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Florian 2023/24 mövsümündə bütün turnirlərdə 49 oyunda iştirak edib, 18 qol vurub və 20 məhsuldar ötürmə edib.