Gözlənilən müqavilə rəsmiləşdi

22.05.2025 16:33 4
Dünya futbolu
Hans-Diter Flik formallığı aradan qaldırıb.

"Football-plus.az" xəbər verir ki, baş məşqçi “Barselona” ilə müqavilə müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Almaniyalı mütəxəssislə imzalanan yeni sözləşmənin müddəti 2027-ci ilin yayına qədərdi. Bundan əvvəlki müqavilə isə növbəti mövsümün sonunda qüvvədən düşəcəkdi.

Flik “Barselona”ya cari mövsüm ərəfəsində təyin olunub. O, komandanı La Liqa, İspaniya kuboku və İspaniya Superkubokunda qələbəyə daşıyıb.