Nəhayət, Pedrinin “Barselona”dakı aqibəti müəyyənləşib.
Rəhbərlik futbolçunun gələcəyi ilə bağlı yekun qərarını verib. İspaniya mətbuatının məlumatına görə, klub yaxında 22 yaşlı yarımmüdafiəçisi ilə yeni müqavilə bağlayacaq. Sözləşmənin müddəti 2030-cu ilin yayınadək olacaq. Pedri ilə uzunmüddətli müqavilə imzalanmasını baş məşqçi Hans-Diter Flik istəyib. O, almaniyalı mütəxəssisin sistemində əsas yarımmüdafiəçi sayılır.
Pedrinin “Barselona” ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdi. O, bu mövsüm komandada keçirdiyi 25 oyunda 4 qol vurub və 3 qolun ötürməsini verib.