Yeni müqavilə artıq hazırdı

14.05.2025 12:16 7
Dünya futbolu
Hans-Diter Flikin “Barselona”nı daha uzun müddət çalışdırmaq şansı var.

İspaniya klubu tezliklə baş məşqçi ilə müqaviləni yeniləyəcək. İnsayder Fabritsio Romanonun məlumatına görə, almaniyalı mütəxəssislə müqavilənin müddəti 2027-ci ilin iyununa qədər artırılacaq.

60 yaşlı Flikin hazırkı müqaviləsinin müddəti 2026-cı ilin iyununa qədərdi. O, komandanı 2024-cü ilin yayından çalışdırır.

“Barselona” La Liqada mövsümün sonuna 3 tur qalmış 82 xalla liderdi. “Real” 75 xalla 2-ci, “Atletiko” 70 xalla 3-cü yeri tutur.