“Formula-1” Bakı küçələrindən yığışdırılacaq?

18.05.2025 13:35 16
İdman
"Formula-1"in Azərbaycan mərhələsi "Sea Breeze" kurortunun bir hissəsi kimi yaradılacaq od şəklində süni adaya köçürülə bilər.

"Football-plus.az" xəbər verir ki, bunu azərbaycanlı iş adamı Emin Ağalarov "Rusiya - İslam Dünyası: Kazanforum 2025" Beynəlxalq İqtisadi Forumunda Rusiya baş nazirinin müavini Marat Xusnullinə layihənin təqdimatı zamanı deyib. Ağalarovun dediyinə görə, bu ideyanı Azərbaycan Prezidenti də dəstəkləyir.

İş adamının sözlərinə görə, yarışın "Sea Breeze" ərazisinə köçürülməsi Bakıda tıxac və yolların bağlanması problemini həll edəcək. Xatırladaq ki, Bakı 2017-dən bəri "Formula-1" təşkilatçıları sırasına qoşulub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul