"Formula-1" divizion klubuna problem yaradıb - AÇIQLAMA

29.04.2023 16:08 386
Aktual / I liqa
AFFA İntizam Komitəsinin son qərarları açıqlanıb.

Birinci divizionun 26-cı turunun “Sumqayıt-2” – “Zaqatala” görüşünün oyunöncəsi iclasında qonaqların nümayəndəsi iştirak etməyib. Buna görə bölgə təmsilçisi 80 manat cərimə olunub.

"Football-plus.az" saytı olaraq bunun səbəbini "Zaqatala"nın baş məşqçisi Rüstəm Məmmədovdan soruşduq:

"Nümayəndəmizin gecikməsi bizim səhlənkarlığımızla bağlı deyil. Biz vaxtından da yarım saat əvvəl yola çıxmışdıq. "Formula-1" ilə əlaqədar yolların bağlanması, alternativ marşrutun da tıxac olmasına görə təyinat yerinə vaxtında çata bilmədik".


ABDULLA İSMAYILOĞLU