“Flamenqo” uduzdu, “Palmeyras” lider oldu - İCMAL

17.05.2025 22:33 7
Dünya futbolu
Braziliya çempionatında keçirilən 7-ci və 8-ci turun oyunlarından sonra turnir cədvəlində lider yenidən dəyişdi.

"Football-plus.az" xəbər verir ki, bu vəziyyət “Palmeyras” ilə “Flamenqo”nun iki turda fərqli nəticələr göstərməsinə görə yarandı.

Son mövsümün bürünc mükafatçısı “Flamenqo” 5-ci turdan sonra liderliyi yenidən ələ almışdı. Lakin növbəti iki oyun çempionluğu hədəfə alan rio de janeyrolular üçün qənaətbəxş alınmadı. Filipe Luisin komandası əvvəlcə “Kruzeyro”ya səfərdə 1:2 hesabıyla uduzdu.

Maraqlıdı ki, ev sahiblərinin qələbə qolunu yayda “Flamenqo”nu tərk edən Qabriel Barboza vurdu. Təcrübəli hücumçunun yerinə “Qarabağ”dan transfer edilən Juninyo isə qırmızı-qara formada hələ də ümidləri doğrulda bilmir. Filipe Luis ona “Bayya” ilə ev oyununda meydana çıxmaq şansı vermədi. “Flamenqo” 1:0 hesablı qələbə qazansa da, liderliyi əldən verdi.

Ona görə ki, liderin əsas izləyicisi son turları maksimum nəticə ilə başa vurdu. 5-ci turda “Bayya” ilə ev oyununda gözlənilmədən uduzan (0:1) “Palmeyras” növbəti iki matçı itkisiz başa vurdu. Abel Ferreyranın komandası əvvəlcə səfərdə “Vasku da Qama”ya, sonra isə evdə “San Paulu”ya 1:0 hesabıyla qalib gəldi. Hər iki qolu 20 yaşlı hücumçu Vitor Roke vurdu.

İndi “Palmeyras”ın iki əsas izləyicisi var. “Flamenqo” kimi “Braqantino” da 17 xal toplayıb və topların fərqinə əsasən 2-3-cü yerləri bölüşür.
Mövsümün ilk 6 oyununda yalnız 8 xal toplayan “Botafoqo” isə qeyri-sabit çıxışını davam etdirir. “Bayya”ya uduzub (0:1) “İnternasyonal”a qalib gələn (4:0) son çempion 9-cu yerdədi.

7-ci tur
Kruzeyro – Flamenqo 2:1

Kayo Jorje, 13. Qabriel Barboza, 90+7 - De Arraskaeta, 44.

Vasku da Qama - Palmeyras 0:1
Vitor Roke, 60.

Braqantino - Mirassol 1:0
Pitta, 90+2.

Fluminense - Sport Resife 2:1
Serna, 60. Everaldo, 90+7 – Pablo, 24.

Bayya - Botafoqo RJ 1:0
Kauli, 39.

San Paulu - Fortaleza 0:0

Korintians - İnternasyonal 4:2
Yuri Alberto, 25; 64; 90+4-p. İqor Koronado, 90+13 – Agirre, 38. Tyaqo Maya, 42.

Seara – Vitoriya 1:0
Marllon, 56.

Qremio - Santos 1:0
Olivera, 77.

Juventude - Atletiko Mineyro 0:1
Markos Paulo, 30-öz qapısına.

8-ci tur
Flamenqo - Bayya 1:0

De Arraskaeta, 8.

Palmeyras - San Paulu 1:0
Vitor Roke, 90+5.

Qremio – Braqantino 1:1
Amuzu, 87 - Pitta, 89.

Botafoqo RJ - İnternasyonal 4:0
İqor Jezus, 9. Artur, 44. Kuyabano, 54. Aleks Telles, 69.

Fortaleza - Juventude 5:0
Lusero, 3; 86. Breno Lopes, 63. Poçettino, 82. Salebe, 89.

Mirassol - Korintians 2:1
Edson Karioka, 50. Qabriel, 65 – Kaka, 45.

Vitoriya - Vasku da Qama 2:1
Renato Kayzer, 60; 90 – Veqetti, 42.

Sport Resife - Kruzeyro 0:4
İqor Karius, 9-öz qapısına. Kayo Jorje, 18. Mateus Pereyra, 45+1; 53.

Atletiko Mineyro - Fluminense 3:2
Rubens, 77. Junior Santos, 84. İqor Qomes, 90+4 – Kanobbio, 56. Serna, 88.

Santos – Seara 0:0

1. Palmeyras 8 6 1 1 9-3 19
2. Flamenqo 8 5 2 1 17-4 17
3. Braqantino 8 5 2 1 10-6 17
4. Kruzeyro 8 5 1 2 13-7 16
5. Fluminense 8 4 1 3 10-10 13
6. Seara 8 3 3 2 9-7 12
7. Atletiko Mineyro 8 3 3 2 10-10 12
8. Bayya 8 3 3 2 7-8 12
9. Botafoqo RJ 8 3 2 3 10-5 11
10. Korintians 8 3 1 4 11-14 10
11. Fortaleza 8 2 4 2 10-5 10
12. Mirassol 8 2 4 2 13-11 10
13. İnternasyonal 8 2 3 3 10-12 9
14. Vitoriya 8 2 3 3 9-11 9
15. Qremio 8 2 3 3 7-12 9
16. San Paulu 8 1 6 1 6-6 9
17. Vasku da Qama 8 2 1 5 7-11 7
18. Juventude 8 2 1 5 7-20 7
19. Santos 8 1 2 5 7-10 5
20. Sport Resife 8 0 2 6 4-14 2

Bombardirlər: De Arraskaeta (Flamenqo) - 7, Kayo Jorje (Kruzeyro), Veqetti (Vasku da Qama) – 5, Pedro (Flamenqo), Reynaldo (Mirassol), Pedro Raul (Seara), Yuri Alberto (Korintians) - 4.