“Barselona” cümə günü çempionluq paradı keçirib.
La Liqanın qalibi olan futbolçular və məşqçilər heyəti ikimərtəbəli avtobusda şəhərin küçələrini gəziblər. RTVE-nin yaydığı məlumata görə, 2024/25 mövsümündə komandanın qazandığı çempionluğu qeyd etmək üçün şəhərin təxminən 670 min sakini küçələrə axışıb.
Qeyd edək ki, “Barselona” son turda “Espanyol”u məğlub edərək (2:0) mövsümün sonuna 2 tur qalmış çempionluğu rəsmiləşdirib. Bu, klub tarixində 28-ci çempionluqdu.