MBA-nın final seriyasında “Boston”u 4:2 məğlub etməklə çempionluq qazanan “Qolden Steyt” San-Fransisko küçələrində bu uğuru geninə-boluna qeyd edib.
Komandanın yüzminlərlə azarkeşi şəhərin küçələrinə çıxıb. Dreymond Qrin, Kley Tompson, Stefen Karri çempionluq təntənələrində baş rolda olub. Tompson hətta çempionluq kepkasını da itirib.
Xatırladaq ki, “Qolden Steyt” son 8 ildə 4-cü, ümumilikdə 7-ci titulunu qazanıb. San-fransiskolular MBA tarixində çempionluq sayına görə yalnız “Boston”la “Leykers”ə uduzurlar. Bu komandalar hərəyə 17 dəfə çempionluğu bayram edib.