“Qəbələ” 1-ci liqada çempionluğu rəsmiləşdirib.
“Football-plus.az" xəbər verir ki, bu, 23-cü turda baş tutan MOİK-lə oyundan sonra reallaşıb. Bölgə təmsilçisi doğma meydanda “hərbçiləri” 1:0 hesabı ilə üstələyərək mövsümün sonuna 4 tur qalmış qızıl medalları təmin edib. Yeganə qolu Elşad Tağıyev 90+7-ci dəqiqədə penaltidən vurub.
Qeyd edək ki, Kaxaber Sxadadzenin baş məşqçisi olduğu komanda hazırda 58 xalla turnir cədvəlinə liderlik edir.