Donnarumma gedəcək, yoxsa qalacaq?

12.05.2025 13:09 7
Dünya futbolu
Canluici Donnarumma klubdakı gələcəyi ilə bağlı sualı cavablandırıb.

İnsayder Fabritsio Romanonun məlumatına görə, 26 yaşlı qolkiper PSJ-də qalmaq istədiyini deyib:
“Klubla müqaviləmin sonuna bir il var. Hər şey təkcə məndən deyil, həm də PSJ-dən asılıdı. Klub qalmağımı istəsə, burda oynamağa davam edəcəyəm. Sadəcə, müqaviləni yeniləmək lazımdı, amma qərar PSJ-dən asılıdı”.

Xatırladaq ki, Canluici PSJ-yə 2021-ci ilin yayında “Milan”dan azad agent kimi ayrılaraq keçib.