Donnarumma gedəcək, yoxsa qalacaq?

24.01.2025 22:28 291
Dünya futbolu
Canluici Donnarumma haqqında gəzən şayiələrə reaksiya verib.

Bəzi mənbələr onun mövsümün sonunda PSJ-dn gedəcəyini iddia edir. Lakin italiyalı qapıçı bu iddiaya mənfi reaksiya verib. Avropa çempionu Çempionlar Liqasının “Mançester Siti” ilə oyunundan (4:2) sonra jurnalistlərə belə deyib:

“Gələcəyim? Bu barədə çox söz-söhbət dolaşır. Həqiqət budur ki, PSJ-də özümü xoşbəxt hiss edirəm. Klubda hər kəs mənə hörmət edir. Mənim prioitetim PSJ ilə müqaviləmi yeniləməkdi”.