Mahir həm 1-ci, həm də 2-ci bundesliqa klublarından təklif alıb – “Kicker”

8.05.2025 13:06 24
Aktual / Dünya futbolu
Yayda “Nürnberq”dən ayrılacağı dəqiqləşən Mahir Emrelinin karyerasını Almaniyada davam etdirmək ehtimalı çox yüksəkdi.

“Football-plus.az” xəbər verir ki, bu barədə yerli “Kicker” nəşri məlumat yayıb. Həmkarlarımızın iddiasına görə, Mahirin mövsüm ərzində aldığı təkliflərin əksəriyyəti məhz Almaniya klublarından gəlib. Bu sırada həm 1-ci, həm də 2-ci bundesliqa klubları var. Mahirin böyük ehtimalla 1-ci bundesliqa komandasıyla anlaşacağı bildirilir.

Xatırladaq ki, futbolçunun “Union”la ortaq məxrəcə gəldiyini xəbər vermişik.

KƏNAN BAHADIR