Cokoviç Roma turnirinə qatılmayacaq

6.05.2025 14:35 4
İdman
“Böyük dəbilqə” turnirlərinin 24 qat qalibi Novak Cokoviç mayın 7-18-i aralığında Romada keçiriləcək “Masters” seriyalı turnirə qatılmaqdan imtina edib.
"Football-plus az" xəbər verir ki, turnirin əsas torunda serb ulduzu macar Fabian Marojan əvəz edəcək.

Xatırladaq ki, 37 yaşlı Cokoviç aprelin 26-da Madriddə keçirilən “Masters” seriyalı turnirdə dünyanın 44-cü raketkası Matteo Arnaldiyə uduzmuşu.

Görünür, mövsümdə 2-ci dəfə ardıcıl üç görüşdə uduzması onu Roma turnirindən imtinaya sövq edib.