Serbiyalı tennisçi Novak Cokoviç oktyabrın 28-dən noyabrın 3-nə qədər Parisdə keçiriləcək “Masters” seriyalı ATP 1000 turnirində iştirak etməyəcək.
O, sosial şəbəkə hesabında bunları yazıb:
“Təəssüf ki, bu il Parisdə keçiriləcək “Masters” turnirində çıxış etməyəcəm. Məni orda görəcəyinə ümid edənlərdən üzr istəyirəm. Bu turnirlə bağlı çoxlu xatirələrim var. Gələn il ora qayıdacağıma ümid edirəm”.
Serbiyalı ulduz ötən il Parisdə keçirilən turnirin qalibi olub, həlledici görüçdə bolqarıstanlı Qriqor Dimitrovu məğlub edib (6:4, 6:3). Onun ötən həftəsonu Ər-Riyadda keçirilən “6 kralın dəbilqəsi” adlı sərgi turnirində 3-cü yer uğrunda oyunda ispaniyalı Rafael Nadalı məğlub etdiyini də xatırladaq.