Zamiqin komandası kuboku itirdi

2.05.2025 10:47 31
Dünya futbolu
Zamiq Əliyevin də formasını geydiyi "Eqnatiya" Albaniya kubokunda final matçına çıxıb.

"Football-plus.az" xəbər verir ki, Rroqojine təmsilçisi həlledici matçda Tirana “Dinamo”su ilə qarşılaşıb. "Elbasan Arena"da keçirilən görüşün əsas və əlavə vaxtı 2:2 hesabı ilə yekunlaşıb.

Qalibin adına penaltilər seriyasında aydınlıq gəlib. Burda "Dinamo" daha dəqiq davranıb və ölkə kubokunu qazanıb - 5:4.

Zamiq də bu oyunda iştirak edib. 24 yaşlı müdafiəçi start heyətində meydana çıxıb və sonadək oynayıb.