Nikola üçün çətin missiya

19.10.2026 20:56 36
Dünya futbolu
“Venetsiya”nın yeni baş məşqçisi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, İtaliya klubunun mətbuat xidmətini xəbərinə görə, komandanı bundan sonra Davide Nikola çalışdıracaq. 53 yaşlı mütəxəssislə 2027/28 mövsümünün sonunadək müqavilə bağlanılıb.

İtalyan məşqçinin sonuncu iş yeri “Kremoneze” olub. Nikolanı yeni komandasında çətin missiya gözləyir. O, 6 turdan sonra A seriyasının turnir cədvəlində sonuncu - 20-ci yeri tutan “Venetsiya”nı aşağı liqaya düşməkdən xilas etməlidi.