Növbəti hədəfdə daha bir məşhur futbolçu var

19.10.2026 22:40 36
Dünya futbolu
Bir neçə gün əvvəl İspaniya yığmasının sabiq müdafiəçisi Daniel Karvaxalı transfer edən “Xetafe” daha bir səs-küylü keçidi reallaşdırmağa çalışır.

"Football-plus.az" xəbər verir ki, İspaniya klubu İngiltərə yığmasının sabiq üzvü Ceydon Sançonu heyətinə qatmağı planlaşdırır.

Tanınmış insayder Fabritsio Romano “X” sosial şəbəkəsində bildirib ki, “Xetafe” 25 yaşlı hücumçuya azad agent kimi transfer olunması ilə bağlı rəsmi təklif göndərib. Sançonun karyerasını Yaxın Şərqdə davam etdirmək variantı da var.

Qeyd edək ki, Sanço son mövsümdə “Mançester Yunayted”ə məxsus olmaqla icarə əsasında “Aston Villa”da çıxış edib.