Roman Maksimyuk Rusiya ilə müharibədə həlak olub.
Kiyev “Dinamo”su və Ukrayna yığmasının futbolçusu uzun müddət itkin düşmüş hesab edilirdi. Onun ölümü DNT ekspertizasının nəticələri əsasında təsdiqlənib. Maksimyuk 2022-ci ilin payızında könüllü olaraq Ukrayna Silahlı Qüvvələrinə qoşulmuşdu.
Sabiq futbolçu 2025-ci il yanvarın 30-da Pokrovsk istiqamətində döyüş tapşırığını yerinə yetirərkən sonuncu dəfə ailəsi ilə əlaqə saxlayıb. Bundan sonra ondan xəbər almaq mümkün olmayıb. Romanın həyat yoldaşı Vera sosial şəbəkədə paylaşım edərək ərinin ölümünün təsdiqləndiyini bildirib.
Maksimyuk futbolçu karyerası ərzində “Prikarpatiye”, Kiyev “Dinamo”su, “Dnepr”, “Volın” və “Çernomorets” klublarda çıxış edib. O, 1998-2002-ci illərdə Ukrayna yığmasının heyətində 5 oyun keçirib.
Sabiq futbolçu müharibədə həlak oldu
Dünya futbolu





