Zamiqin komandası mövsümə qələbə ilə başladı

19.08.2024 16:29 336
Dünya futbolu
Albaniya çempionatında yeni mövsüm start götürüb.

"Football-plus.az" xəbər verir ki, Zamiq Əliyevin formasını geydiyi "Eqnatiya"da ilk matçına çıxıb. Komanda səfərdə "Dinamo Siti" ilə qarşılaşıb. Görüşdə "Eqnatiya" 2:0 hesabı ilə qalib gəlib. 47-ci dəqiqədə Dardan Vuthay, 70-ci dəqiqədə isə Reci Luşkya fərqlənib. Zamiq də oyunda iştirak edib. 23 yaşlı müdafiəçi matça start heyətdə çıxıb və sona qədər oynayıb. O, 90+2-ci dəqiqədə isə sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, Azərbaycanın U-21 yığmasının sabiq üzvü olan Zamiq bu ay "Eqnatiya"ya keçib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul