Messi üçün daha bir rekord?

19.10.2026 22:05 54
Dünya futbolu
Oktyabrın 26-da Londonda “Qızıl top” mükafatının təqdimetmə mərasi keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, tədbirdə Lionel Messi də iştirak edəcək. Argentinalı futbolçu və ailəsi mərasimdə iştirak edəcəklərini təsdiqləyiblər. Messi karyerasında 9-cu dəfə “Qızıl top”u qazana bilər. O, indiyədək rekord sayda - 8 dəfə bu mükafata layiq görülüb.

Qeyd edək ki, 39 yaşlı hücumçu əsasən dünya çempionatındakı uğurlu çıxışına görə mükafata namizədlər siyahısına daxil edilib. Səsvermə artıq sona çatsa da, qalibin adı mərasimədək açıqlanmayacaq.