Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" Albaniya Superkubokunu qazanıb.
"Football-plus.az" xəbər verir ki, komanda həlledici oyunda “Kukesi” ilə qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb.
Zamiqin adı iştirak ərizəsinə daxil edilsə də, o, sona qədər ehtiyatda qalıb.
Qeyd edək ki, "Eqnatiya" 2023/24 mövsümündə Albaniya çempionu olub və ölkə kubokunu qazanıb. Kubokun finalında onlar "Kukesi"ni məğlub etmişdilər. Zamiq 2023-cü ilin iyunundan "Eqnatiya"da çıxış edir. O, bu mövsüm "Eqnatiya"da ümumilidə 19 oyunda meydana çıxıb. 23 yaşlı müdafiəçi ötən gecə komandası ilə ilk titulunu qazanıb.
Zamiqin komandası Albaniya superkubokunu qazandı
Dünya futbolu





