Zamiqin komandasından darmadağın

19.01.2025 11:13 267
Dünya futbolu
Zamiq Əliyevin formasını geydiyi “Eqnatiya” Albaniya çempionatında 21-ci tur oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, komanda səfərdə “Tirana” ilə qarşılaşıb. "Eqnatiya" 4:0 hesablı qələbə qazanıb. Zamiq bu oyunda iştirak etməyib. O, əvvəldən sonadək ehtiyatda qalıb.

Qeyd edək ki, “Eqnatiya” 36 xalla liderdi.