Zamiqin komandası xal itirdi

21.04.2025 00:00 30
Dünya futbolu
Albaniya superliqasında 35-ci turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" öz meydanında "Skenderbeu" ilə qarşılaşıb. Oyun 0:0 hesablı heç-heçə ilə başa çatıb.

Zamiq start heyətində meydana çıxıb və sona qədər oynayıb.

Lider "Eqnatiya" 59 xalla ən yaxın rəqibi "Vlazniya"nı 3 xal qabaqlayır.