“Sabah”ın oyunu üçün azarkeşlərə pulsuz avtobuslar ayrıldı

19.10.2026 23:35 36
Avrokuboklar
Çempionlar Liqasının liqa mərhələsində keçiriləcək “Sabah” – “Borussiya” qarşılaşması ilə əlaqədar azarkeşlər üçün ödənişsiz avtobuslar fəaliyyət göstərəcək.

"Footbll-plus.az" xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Sabah keçiriləcək oyunla əlaqədar avtobuslar “Sabah”ın təşəbbüsü və AYNA-nın dəstəyi ilə təşkil olunacaq.

Azarkeşlər “Gənclik” Nəqliyyat Mübadilə Mərkəzindən və “Qara Qarayev” metrostansiyasından Bakı Olimpiya Stadionuna ödənişsiz gedə biləcəklər.

Qarşılaşma başa çatdıqdan sonra isə Aviasiya Akademiyası istiqamətində də avtobuslar fəaliyyət göstərəcək.

Avtobuslar saat 17.00-dan sərnişinlərin xidmətində olacaq.