İt də getdi, ip də getdi...

19.10.2026 21:30 45
Dünya futbolu
Çempionlar Liqasının liqa mərhələsinin 2-ci turunun “Brügge” ilə oyunu “İnter” üçün ikiqat itki ilə yadda qalacaq.

"Football-plus.az" xəbər verir ki, 3:4 hesabı ilə məğlub olan komandanın aparıcı hücumçusu Lautaro Martines zədələnib. Milan klubunun rəsmi saytının məlumatına görə, tibbi müayinələr nəticəsində argentinalı futbolçunun sol budunun arxa əzələlərində dartılma aşkarlanıb. Onun yaşıl meydana nə vaxt qayıdacağı isə hələlik məlum deyil.

Xatırladaq ki, “Brügge”yə 2 qol vuran Lautaro oyunun əvvəlindən sonuna qədər meydanda olub.