“Şəms Azər Qəzvin” “Traktor”u durdura bilərmi?

30.04.2025 20:53 38
Aktual / Dünya futbolu
“Traktor”u mayın 2-də səfərdə “Şəms Azər Qəzvin”lə qarşılaşacaq.

Qəzvin klubunun bu mövsüm üçün hədəfi qalmayıb. Hazırda 29 xalla 13-cü pillədə qərarlaşan qəzvinlilərin elitadan düşmək təhlükəsi o qədər də real deyil. Onlar 15-ci pillədəki “Nassaji”dən 8 xal irəlidədi.

Düzdü, “Traktor” səfərdə evdəki qədər inamlı oynamır. Bununla belə, “qırmızı qurdlar”ın bu dəfə uduzması fəlakət olar, son iki turdakı perspektivə duman qatardı. Müəyyən şərtlər daxilində Təbriz klubunu hətta heç-heçə də qane edir. Belədə növbəti turda – mayın 8-də keçiriləcək ev oyununda aşkar autsayderlərdən “Nassaji”ni məğlub etmək şərt olacaq.

Çox güman, məhz mayın 8-i Güney Azərbaycan türkləri üçün qürur gününə çevriləcək. “Traktor” çempionluğa yaxın, çox yaxındı!

MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul