• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Şəfa” biletin qiymətini 10 manata qaldırdı, qusarlı azarkeşlər coşdu

Ölkə futbolu / Aktual

29-04-2025, 15:0

Mayın 4-ü, saat 16.00-da, çox güman, 2-ci liqada mövsümün çempionunu bəlli edəcək oyun başlayacaq. Hazırda 2-ci pillədə qərarlaşan “Şəfa” 3 xal irəlidə olan “Şahdağ Qusar”ı qəbul edəcək.

Oyun ətrafında indidən çox böyük ajiotaj var. Bizə çatan informasiyaya görə, həm Qusarda, həm də Bakıda yaşayan yüzlərlə azarkeş komandaya stadiondan dəstək vermək fikrindədi. Bu arada “Şəfa” rəhbərliyi gözlənilməz addım atıb. Belə ki, oyunu izləmək istəyən qusarlı azarkeşlər 10 manatından keçməli olacaq. Əvvəlcə paytaxt klubunun sosial şəbəkə hesabında yer alan elana baxaq:

“Stadiona giriş yalnız bilet və dəvətnamə ilə mümkündü. “Şəfa” azarkeşlərinin biletləri rəhbərlik tərəfindən ödəniləcək. Digər azarkeşlər üçün biletin qiyməti 10 manatdı”.

Qusarlılar bu qərarı heç də xoş qarşılamayıb. Onlar bunun “Şahdağ Qusar” azarkeşlərinin stadiona gəlməsinin qarşısını almaq niyyəti güddüyünü düşünürlər. “Şəfa”nın prezidenti Sərdar Salmanzadə mediaya açıqlamasında ilk dövrədə “Şahdağ Qusar” rəhbərliyinin bileti üç qat baha satdığını, “Şəfa”nın 200 azarkeşi üçün bilet aldığını deyib:
“Biz necə bilet alıb getmişiksə, onlar da elə gəlsin. Canla-başla qarşılayacayıq”.

Biz bu məsələ ilə bağlı “Şahdağ Qusar”ın rəhbəri Elçin Cananovla danışdıq:
“Şəfa” rəhbərliyinin belə açıqlama verməsi məni təəccübləndirdi. Yaxşı, dost münasibətlərimiz var. Məsələnin mahiyyətinə gəlincə, onlar ilk dövrədə azarkeşlə gəlmək istədilər. Biz biletin qiymətini 10 yox, 2 manat təyin etdik. “Şəfa” rəhbərliyi müraciət etdi, 400 manata 200 bilet aldı. Bu dəfə “Şəfa” bizdən soruşdu ki, nə qədər azarkeş gələcək? Biz isə dedik ki, özümüz gətirmirik, amma xeyli gələn olacaq. Açığı, bizim azarkeşlərə bilet almağa imkanımız yoxdu. Azarkeşlər özləri gələcəklərini deyiblər. Azərbaycanda yaşayırıq, biletin qiymətini bilirik. Təkcə bizim azarkeşlərə qiymət 10 manat olacaq. Qapıda nə biləcəklər ki, bu adam “Şəfa” azarkeşidi, yoxsa “Şahdağ Qusar”? Buna da izahat verməyiblər. Bəlkə “Şəfa” rəhbərliyi düşünüb ki, biz 1000 bilet alacağıq, 10 min gəlir əldə edəcəklər. 10 min manat “Şəfa” üçün kiçik ola bilər, amma bizim üçün böyük puldu. Oyunlar, adətən, həftəiçi olur. Qusar azarkeşləri, Bakıda yaşayan tələbələr kluba, PFL-ə müraciət etdi, oyunu bazar gününə saldılar, sağ olsunlar. Bu vəziyyətdən istifadə etmək heç də düzgün deyil. Bilet almasaq da, azarkeşlərimizin yanındayıq”.

Xatırladaq ki, Qusar təmsilçisi 64 xalla liderdi. “Şəfa” isə 61 xalla 2-ci pillədə qərarlaşıb. Xallar bərabərləşəcəyi təqdirdə “Şəfa” 1-ci pilləyə yüksələcək.

MÜZƏFFƏR QULUZADƏ

Paylaş:
Digər xəbərlər

2-ci liqa

28-08-2023, 22:0

2-ci liqada 2023-24 mövsümünün - TƏQVİMİ

2-ci liqa / Manşet

4-03-2024, 12:0

İkinci liqa da başlayır - YENİLƏNİR

2-ci liqa / Manşet

13-11-2023, 17:0

“Qusar” “Ağdaş”ı, “Kürmük Qax” “Lerik”i, “Dinamo” “Şəfa”nı məğlub etdi - YENİLƏNİB

2-ci liqa / Manşet

17-10-2024, 15:0

Xal itirməyən “Şahdağ Qusar” aşkar autsayderi qəbul edəcək - YENİLƏNİR

2-ci liqa / Manşet

16-04-2024, 13:0

"Şəfa" "Kür-Araz"a, "Ağdaş" "Cəbrayıl"a qarşı - YENİLƏNİR

2-ci liqa / Manşet

9-04-2024, 22:0

“Şahdağ Qusar” qalib gəldi, İmişlidə 4 qol vuruldu

Aktual
Taremi ABŞ ilə İsrailə qarşı döyüşmək istəyir. Bəs Bakıdakı iranlılar?
“...başqa tribunalar üçün olan biletlər də satışa çıxarılacaqdı” – “Qarabağ” – “Sabah” oyununa daha çox azarkeşin gəlməsi mümkün idi!
Çempionlar Liqası səviyyəsində çempionat oyunu
Fariz Yusifovdan "Şamaxı" - "Neftçi" matçının baş hakiminə irad - penalti epizodunda səhv tapıldı!
“Səbail”in çempionluğuna Adil Şükürov da inanmır - “Şəfa”, yoxsa “Baku Sportinq”? Ya bəlkə “Mingəçevir”?
“Heç bir maliyyə problemimiz yoxdu, mehribanlıqdı” – “nur şəhəri”ndən nurlu açıqlama
Son xəbərlər
  • Bu gün, 17:58
    “Baş məşqçimiz yuxarıdan daha yaxşı görürdü” - Ruslan Abışov
  • Bu gün, 17:27
    İranlı futbolçunun müharibədə iştirak etmək istəməsi yalan imiş
  • Bu gün, 17:00
    "Mingəçevir", "Şəfa" və "Şimal" qalib gəldi - YENİLƏNİB
  • Bu gün, 16:56
    "Qəbələ" - "Sabah": START HEYƏTLƏRİ
  • Bu gün, 16:27
    "Turan Tovuz" da yarımfinalda! 4-cü kim olacaq? - YENİLƏNİR
  • Bu gün, 16:25
    “Komandalar test yürüşlərində əsl sürətini gizlədir”
  • Bu gün, 15:54
    Taremi ABŞ ilə İsrailə qarşı döyüşmək istəyir. Bəs Bakıdakı iranlılar?
  • Bu gün, 15:23
    Tramp qalibləri qəbul etdi - hokkeyçilərdən beşi prezidentlə görüşə getmədi
  • Bu gün, 14:52
    “Bu o deməkdi ki, mən xameleonam”
  • Bu gün, 14:31
    Macarıstan - Azərbaycan oyununun hakimləri
  • Bu gün, 14:10
    "Kəpəz" - "Turan Tovuz": START HEYƏTLƏRİ
  • Bu gün, 13:59
    Krosbi Makdevidə görə məyusdu
  • Bu gün, 13:28
    FİFA futbolçularla bağlı iki yeni qayda təklif edir
  • Bu gün, 12:57
    Günün canlı yayınlanacaq oyunları - TV AFİŞA
  • Bu gün, 12:36
    UFC Ağ Evdəki turnirə nə qədər xərcləyəcək?
  • Bu gün, 12:15
    İFA londonlulara cərimə kəsdi
  • Bu gün, 11:54
    Vaqif Cavadov Belçika klubunun rəsmiləri ilə görüşdü
  • Bu gün, 11:23
    Xavi ilə İnyesta yenidən bir yerdə?
  • Bu gün, 10:52
    “Sumqayıt”da maaş verilmir, üzü Samir Abasova…
  • Bu gün, 10:31
    ÇL-də hamını arxada qoydu
  • Bu gün, 10:00
    “Barselona” ittihamları qətiyyətlə rədd edir
  • Dünən, 23:57
    Əliyar Ağayev Küveytdən qayıda bilmədi, AFFA XİN-ə məlumat verdi – RƏSMİ
  • Dünən, 23:36
    Ançelotti Neymara ehtiyac duymadı
  • Dünən, 23:08
    MY zərəri qapayıb, artıq pul qazanır
  • Dünən, 22:27
    Qurban Qurbanov Maqsud Adıgözəlovun ittihamı haqda nə dedi?
  • Dünən, 22:07
    Sürücülük hüququnu itirdi
  • Dünən, 21:46
    "Dörd gündən bir oynamaq öz sözünü deyir" - Ayxan Abbasov
  • Dünən, 21:24
    Raylinin heykəli qoyuldu
  • Dünən, 20:53
    ''Fənərbaxça'' yenə səfərə baş məşqçisiz yollandı
  • Dünən, 20:32
    Avrokuboklara iddialıların duelini “qartallar” qazandı - REPORTAJ
  • Dünən, 20:01
    Tardif gedir, yoxsa qalır?
  • Dünən, 19:40
    Klublar üçün danışılmış oyunlara qarşı sessiya təşkil olundu
  • Dünən, 19:19
    “Neftçi” bu dəfə də “Şamaxı”nın müqavimətini qıra bilmədi - REPORTAJ
  • Dünən, 18:58
    Son Hın Min daha bahadı
  • Dünən, 18:27
    “Neftçi”dən AFFA-nın məlum dəvətinə reaksiya – görüş olacaqmı?
Daha çox
Oxunub: 378
Fariz Yusifovdan "Şamaxı" - "Neftçi" matçının baş hakiminə irad - penalti epizodunda səhv tapıldı!
Oxunub: 225
Murad Məmmədov “Neftçi”dən ayrılır!
Oxunub: 212
Heç-heçə? Yox, “Sabah”ın qələbəsi, “Qarabağ”ın məğlubiyyəti!
Oxunub: 175
“Qurban Qurbanovun qarşısına Avropa Liqasında 1/4 finala yüksəlmək hədəfi qoymaq real deyil” - yeni “Qarabağ” necə olacaq?
Oxunub: 128
Ağasəlim Mircavadov: “Deyirlər ki, “Sabah” çempion olmasın... Səhv fikirdi”
Oxunub: 118
“Heç bir maliyyə problemimiz yoxdu, mehribanlıqdı” – “nur şəhəri”ndən nurlu açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə