2-ci Liqada 11-ci tura start verilib.
"Football-plus.az" xəbər verir ki, ilk gündə 4 görüş baş tutub.
“Qusar” “Ağdaş”ı, “Kürmük Qax” “Lerik”i, “Dinamo” isə “Şəfa”nı məğlub yola salıb. “Füzuli” – “Şahdağ Qusar” matçında qalib müəyyənləşməyib.
2-ci Liqa
11-ci tur
13 noyabr
“Füzuli” – “Şahdağ Qusar” 1:1
Haqverdi Həsənov, 66 – Rubin Seyidov, 36.
“ASK Arena”. Saat 13.00.
“Qusar” – “Ağdaş” 3:1
Orxan Qurbanlı, 25. Firudin Ağalarov, 32. Aslan Hüseynov, 52 – Xəzər Məmmədov, 60.
“Sumqayıt Arena” (ehtiyat meydança). Saat 13.00.
“Kürmük Qax” – “Lerik” 4:0
Büsat Süleymanov, 14. Fuad Osmanlı, 26, 56. Nail Təhməzli, 41.
Qax, OİK stadionu. Saat 14.00.
“Dinamo” – “Şəfa” 1:0
Valeh Seyidov, 73-p.
Binə, qəsəbə stadionu. Saat 14.30.