“Zirə”nin şikayəti qismən təmin edildi

22.04.2025 16:26 6
Ölkə futbolu
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Zirə”nin U-17 komandasının futbolçusu Qurban Cəlilovla bağlı şikayətini qismət təmin edib.

"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. Aprelin 12-də “Qarabağ”la qarşılaşmada rəqibi təhqir edən futbolçunun 3 matçlıq cəzasının ikisi şərti olaraq dəyişdirilib.

Qurban Cəlilova 3 aylıq sınaq müddəti təyin edilib.